Enerqodar şəhəri yaxınlığında 90-a yaxın Rusiya texnikası cəmləşib

2022/03/1646391161.jpg
Oxunub: 746     14:52     04 Mart 2022    
Ukraynanın Enerqodar şəhəri yaxınlığında 90-a yaxın Rusiya texnikası və çeçenlərdən ibarət bölmələr cəmləşib.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, martın 3-də saat 18:00-dan etibarən ruslar Zaporojye AES-in obyektlərinə çatmaq cəhdlərini fəal şəkildə davam etdirib. Gecə yarısından sonra Milli Qvardiyanın hərbçiləri tərəfindən qorunan və müdafiə olunan mövqelərin aktiv atəşə tutulması başlanıb. Rusiya tanklardan, atıcı silahlardan, eləcə də snayper silahlarından atəş açıb.

Atışma nəticəsində inzibati bina və təlim binası yanıb. Yalnız səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin bölmələri yanğını söndürməyi bacarıb.

Ukrayna Milli Qvardiyasının şəxsi heyəti arasında ölən və yaralananlar var, məlumat dəqiqləşdirilir.

Stansiyanın nümayəndələri Avropanın ən böyük atom elektrik stansiyasında real nüvə təhlükəsi təhlükəsinin olduğunu bildirirlər. Bir blok deaktiv edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin