Ermənistan parlamentində “qəzəb Nikol” əməliyyatı həyata keçirilib?

2021/12/image-1640860404.jpg
Oxunub: 671     15:32     04 Mart 2022    
Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının sıralarında da hökumətlə sual-cavab zamanı Nikol Paşinyanın çılğınlığının və əslində icra-qanunverici dialoqun uğursuzluğunun səbəbləri aktiv şəkildə müzakirə edilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Qeyd olunub ki, bununla belə, “Vətəndaş müqaviləsi” fraksiyası üzvlərinin öz versiyası var.

“Problem ondadır ki, hökumət Ermənistan ordusunun yaradılmasının 30 illiyini qeyd etməyərək Ermənistanın BMT-yə üzv olmasının və diplomatik xidmətin 30 illiyini Aleksandr Spendiaryan adına Milli Akademik Opera və Balet Teatrında qeyd etmək qərarına gəlib. Sual-cavab səbəbindən texniki cəhətdən gecikdilər. Hətta bunun üçün “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryanın əl işarəsi ilə sual-cavab növbəsinə duran “Vətəndaş müqaviləsi” fraksiyası deputatı Arusyak Culhakyanın sualı çıxarılıb. Amma iclasın hələ də davam etdiyini görən Nikol Paşinyan işə keçib, onun qışqırtılarından və alqışlarından sonra hətta məsələ ilə bağlı qeydiyyatdan keçmiş müxalifət deputatları da öz növbələrini gözləməyərək zalı tərk ediblər. Beləliklə, iclas çox tez başa çatıb, hökumət və iqtidaryönlü deputatlar qeyd etməyə gediblər. Əlbəttə, “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları öz “dahiyanə” liderlərindən təsirlənmişdilər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament   Əməliyyat  


Bizi "telegram"da izləyin