"Ən çətin vəziyyət Sumı, Çerniqov və Xarkov vilayətlərindədir" - Reznikov

2022/02/1646077826.jpg
Oxunub: 904     12:27     04 Mart 2022    
"Ukrayna ordusu Rusiya qoşunlarını əksər bölgələrdə dayandırıblar, hazırda əsas məsələ müqavimət göstərməkdir. Silahlı Qüvvələr bəzi ərazilərdə uğurlu əks-hücum əməliyyatı həyata keçirib".

Ordu.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib.

O, bu barədə ukraynalılara müraciətində qeyd edib ki, Ukrayna 196 saatdan artıqdır rusların qarşısını alır.

Nazirin sözlərinə görə, rusların son saatlarda Zaporojye atom elektrik stansiyasını atəşə tutduğu cənubda vəziyyət ağır olaraq qalır.

"Xarkov keçilməz qala kimi dayanır. Bütün Ukrayna Rusiyanın zərbələrinə ağrı ilə baxır. Amma indi bütün Avropa bilir ki, Xarkov təkcə intellektual və sənaye mərkəzi deyil, həm də cəsur vətəndaşların qürurlu şəhəridir", - deyə Reznikov vurğulayıb.

O əlavə edib ki, Sumı və Çerniqov vilayətlərində də döyüşlər davam edir.

"Nə qədər ki, ölkə hökuməti və ordu dağılmayıb, rusların heç bir şansı yoxdur. Şərqdə və cənubda, hər yerdə Ukrayna xalqı Rusiyanı dəf edir və qələbəni yaxınlaşdırır", - deyə ölkənin Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb.

8 günün nəticələrinə görə, rus ordusunun ölü və yaralılarının 10 mini ötüb, ən azı bir rus generalının zərərsizləşdirilməsi təsdiqlənib.

Reznikovun sözlərinə görə, Rusiya cəmiyyəti bu itkiləri hiss etməyə və dərk etməyə başlayır.

“Rusiyanın məhv edilmiş zirehli texnikası artıq bölmələrlə deyil, batalyonlar və briqadalarla ölçülməlidir. Silahlı Qüvvələrə son 8 ildə Ukrayna hərbi-sənaye kompleksinin aldığından demək olar ki, daha çox tank və zirehli texnika qənimət kimi çatdırılıb", - deyə Reznikov bildirib.

Nazir əlavə edib ki, Ukrayna əsgərləri arasında da itkilər var.

"Amma mən hər kəsə demək istəyirəm. Ukraynalılar - siz inanılmazsınız! Düşmən çaşqındır və qorxur. Biz onu hələ məğlub etməmişik. Amma bu zaman qaçılmaz olaraq yaxınlaşır", - deyə nazir bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin