"Boeing" Ukraynaya təcili humanitar yardım üçün 2 milyon dollar ayıracaq

2022/03/1646374404.jpg
Oxunub: 880     10:12     04 Mart 2022    
"Boeing" şirkəti Ukraynaya 2 milyon dollarlıq təcili humanitar yardım ayıracaq.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

"Ukraynada cərəyan edən münaqişə böyük humanitar fövqəladə vəziyyətə gətirib çıxarır və "Boeing" Ukrayna xalqını dəstəkləmək üçün hərəkətə keçəcək”, - deyə məlumatda bildirilir.

Bildirilib ki, qadınlara, uşaqlara və qocalara xüsusi diqqət yetirilməklə, zərər çəkmiş ukraynalılara qida, su və gigiyena vasitələrinin, habelə pul yardımı və psixososial dəstəyin paylanmasına kömək etmək üçün 1 milyon dollar göndəriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Boeing  


Bizi "telegram"da izləyin