Ordu.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin direktoru Rafael Qrossi açıqlama verib.
O, Rusiya və Ukraynanı AES-ləri təhlükə altına qoya biləcək hərəkətlərdən çəkinməyə çağırıb.
“Ukraynanın baş naziri Denis Şmıqalla telefon əlaqəsi saxladım. Beynəlxalq Atom Enerjisi Agentliyi öz monitorinqini davam etdirir və Ukraynanın nüvə tənzimləyicisi və operatoru ilə sıx təmasdadır. Mən tərəflərə müraciət edirəm, AES-ləri təhlükə altına qoya biləcək hərəkətlərdən çəkinsinlər”, - deyə Qrossi deyib.
Ordu.az