Ukraynada Zaporojye AES-də başlayan yanğın söndürülüb - YENİLƏNİB

2022/03/Zapor-1646370815.jpg
Oxunub: 964     08:51     04 Mart 2022    
Ukraynada Zaporojye AES-in təlim-tədris korpusunda başlayan yanğın söndürülüb.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat verib.

Qeyd olunub ki, Enerqodar şəhərindəki yanğın saat 06.20-də söndürülüb. Ölən və xəsarət alan yoxdur.

***

Zaporojye AES-in təlim-tədris korpusunda başlayan yanğın lokallaşdırılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat verib

Qeyd olunur ki, saat 05.55-də (Bakı vaxtı ilə 07.55) Zaporojye AES-in təlim-tədris korpusunda 2 min kvadrat metr sahədə yanğın nəzarət altına alınıb. Ölən və xəsarət alan yoxdur.

***

Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye AES-də başlayan yanğınla bağlı Avropa liderlərinə müraciət edib.

Ordu.az xəbər verir ki, müraciət dövlət başçısının Teleqram kanalında yerləşdirilib.

“Avropalılar, yuxudan ayılın. Avropanın ən böyük AES-i yanır. Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”, - deyə Ukrayna lideri bildirib.

Zelenski hadisə ilə əlaqədar Şarl Mişel, Olaf Şolts, Anjey Duda, Boris Conson və AEBA-nın rəhbəri Rafael Qrossi ilə əlaqə saxlayıb.

***

Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Zaporojye atom elektrik stansiyasında yanğın başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə atom elektrik stansiyasının işçilərindən biri məlumat verib.

“Diqqət! Rusiyanın texnikası Zaporojye AES-ə atəş açır. Avropanın ən böyük atom elektrik stansiyasında real nüvə təhlükəsi var. Biz Zaporojye AES-i ağır texnikadan atəş açılmasının dayandırılmasını tələb edirik!”- o, videomüraciətində deyib.

Enerqodar şəhərinin meri Dmitri Orlov da faktı təsdiq edib.

“Dünya təhlükəsizliyinə təhdid! Düşmənin Avropanın ən böyük atom elektrik stansiyasının bina və bölmələrini davamlı atəşə tutması nəticəsində Zaporojye AES-i yanır!”, - deyə mer bildirib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Zaporojye  


Bizi "telegram"da izləyin