Keçmiş erməni deputat: “Biz Ukraynanı açıq şəkildə müdafiə etməkdən qorxuruq”

2022/03/image-1646289678.jpg
Oxunub: 833     14:17     03 Mart 2022    
“Ermənistanın müstəqilliyi məhdudlaşdırılarsa, erməni xalqının təhlükəsizlik hüququ da məhdudlaşdırılar”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Ali Sovetinin keçmiş deputatı Azat Arşakyan deyib.

Onun sözlərinə görə, indi bütün dünya Ukraynanın yanındadır və Ukrayna xalqının seçimini dəstəkləyir.

Keçmiş erməni deputat vurğulayıb ki, Ermənistan Ukraynanı açıq şəkildə müdafiə etməkdən qorxur.

“Zelenskinin bəyanatı bunkerdə olan stresli bəyanatdır. Əslində dünya, o cümlədən Ermənistan Ukraynanın yanındadır. Oraya ordu göndərməsək, bu o demək deyil ki, biz onların yanında deyilik. Biz Ukraynanı dəstəkləyirik, məsələn, BMT-də Ukrayna ilə bağlı müzakirələr zamanı Ermənistan bitərəf qaldı, faktiki olaraq gizləndi. Bu o deməkdir ki, biz Ukraynanı açıq şəkildə müdafiə etməkdən qorxuruq, amma hətta Ukraynanın yanındayıq”, - deyə Arşakyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin