“Bu vəziyyətin presedenti Rusiyanın 2008-ci ildə Gürcüstana təcavüzüdür” - Sasunyan

2022/01/harca-1642587808.jpg
Oxunub: 991     17:47     02 Mart 2022    
“Hazırda Ukraynada baş verənlər hər iki tərəf üçün, əslində isə bütün tərəflər üçün ən pis ssenaridir”.

Ordu.az xəbər verir ki, bunu “The California Courier” nəşrinin naşiri və redaktoru Harut Sasunyan öz məqaləsində yazıb.

Onun sözlərinə görə, ilk növbədə, bu, nəyin bahasına olursa-olsun, qarşısı alınmalı olan Rusiya işğalının qurbanı olmuş Ukrayna xalqı üçün dəhşətli faciədir.

“Heç kim ölkənin dağıdılmasına, günahsız insanların qətlinə haqq qazandıra bilməz. Biz sülhü, sağlam düşüncəni və bütün insanların təhlükəsizliyini dəstəkləməliyik. Müharibədən əvvəl və müharibə zamanı medianı bürümüş amansız təbliğata, dezinformasiyaya, riyakarlığa göz yumaq. Biz siyasətlə oynamamalıyıq, insanların həyatına qərəzli yanaşmamalıyıq. Gəlin indi emosional ifadələrdən real dünyaya keçək, insan bunu ancaq öz zərərinə gözardı edə bilər. Dünya yaranandan bəri güclülər həmişə öz iradəsini zəiflərə diktə edib. Bundan qaçmaq mümkün deyil. Belə idi, belə də davam edəcək. Həqiqətə və doğruluğa inananların hamısı dərindən yanılırlar. Onlar xəyali bir dünyada yaşayırlar. Rusiya qüdrətli bir ölkə kimi Qərb dövlətlərinin öz təsir dairəsini zəbt etməsi təhlükəsini hiss edirdi, öz milli maraqlarını qorumaq istəyirdi. Rusiyanın nöqteyi-nəzəri ilə razılaşıb-razılaşmamağımız vacib deyil. Ruslar vəziyyəti belə qəbul edirlər. Güclü ölkə olanda isə haqlı və ya haqsız iradəni başqalarına bu və ya digər şəkildə sırımağa çalışırsan. Bu vəziyyətin presedenti Rusiyanın 2008-ci ildə Gürcüstan Respublikasına təcavüzüdür, o zaman Gürcüstan NATO-ya daxil olmaq ideyasına heyran idi. Gürcüstanın böyük hissəsi hələ də Rusiyanın işğalı altındadır. Unutmaq olmaz ki, Ukraynada 500 minə yaxın erməni yaşayır. Ukraynada getdikcə daha çox günahsız dinc sakin öldürülür, Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq olunur, daha çox fəlakətli təhdidlər səslənir. Dünya öz son mərhələlərinə çatmazdan əvvəl sağlam düşüncə qalib gəlməlidir. Yeganə həll yolu sülh danışıqları yolu ilə kompromis əldə etməkdir”, - deyə Sasunyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Gürcüstan  


Bizi "telegram"da izləyin