Ukrayna hərbçiləri Rusiyanın diversiya-kəşfiyyat qruplarını Kiyevdən sıxışdırır

2022/02/71e86-1645851695.jpg
Oxunub: 963     07:25     26 Fevral 2022    
"Ukrayna Silahlı Qüvvələri Rusiyanın diversiya-kəşfiyyat qruplarını Kiyevdən sıxışdırıb çıxarır. Döyüşlər davam edir".

Ordu.az UNİAN-a istinadən xəbər verir ki, bunları Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Maryana Bezuqlaya fevralın 26-da səhər yerli vaxtla saat 4:26-da (Bakı vaxtı ilə 6:26) Kiyevdəki vəziyyətlə bağlı feysbuk hesabında yazıb.

Qeyd edək ki, fevralın 26-na keçən gecə Kiyevin bir sıra rayonlarında partlayış səsləri eşidilib. Beresteyskada işğalçılar hərbi hissəni ələ keçirməyə cəhd ediblər, lakin Ukrayna Silahlı Qüvvələri onların qarşısını alıb. İndi sağ sahildə vəziyyət gərgin olaraq qalır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin