Xerson vilayətinin bir hissəsi rus qoşunları tərəfindən ələ keçirilib - RƏSMİ

2022/02/1645719390.jpg
Oxunub: 1275     19:45     24 Fevral 2022    
Xerson vilayətinin bir hissəsi rus qoşunları tərəfindən ələ keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Xerson vilayəti dövlət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

"Geniçesk rayonunda bütün dövlət strukturları işğalçıların nəzarətinə keçib. Texnika Geniçesk şəhərinin özündə, rus qoşunları ilə nəzarət-buraxılış məntəqələrinin kənarında yerləşir. Onlar (rus qoşunları-red.) ərazini tərk edənlərin Ukrayna Silahlı Qüvvələrinə mənsub olub-olmadıqlarını yoxlayırlar", - deyə məlumatda bildirilir.

Həmçinin qeyd olunur ki, Skadovsk vilayətində, Şirokoe rayonunda hərbi texnika karvanı yerləşdirilib, Skadovsk şəhərində isə hərbçi yoxdur.

Bildirilib ki, Berislav vilayətində iri zirehli maşınlar karvanı Kaxovskaya su elektrik stansiyasından keçərək Bolşaya Aleksandrovkaya doğru irəliləyib.

Regional Dövlət Administrasiyasının məlumatına görə, Kaxovka rayonunda hərbi texnika Novaya Kaxovka şəhərində saxlanılır. Kaxovskaya su elektrik stansiyası və Şimali Krım kanalı ilə keçidlər ələ keçirilib.

"Oleşki rus qoşunlarının nəzarəti altındadır. Hərbi obyektlər düşmən aviasiyası tərəfindən məhv edilib", - deyə məlumatda vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin