Ukrayna "Bayraktar"lardan istifadə etməyə başlayıb - VİDEO

2021/12/20210-1640427464.jpg
Oxunub: 1204     17:27     24 Fevral 2022    
“Qara dəniz əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələri “Bayraktar” PUA-sından istifadə edir”.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Rudnya (Belarus) - Vystupoviçi (Ukrayna) istiqamətində düşmən iki tank, zirehli transportyor və texnikanın qüvvəsi ilə dövlət sərhədini keçməyə cəhd edib.

Döyüş nəticəsində düşmən itki verib: 5 zirehli transportyor və bir avtomobil məhv edilib.

Putivl bölgəsində düşmən tanklarının hücumu dayandırılıb.

Vışqorod səmasında KA-52 helikopteri vurulub.

Geniçesk, Skadovsk, Çaplinka şəhərləri yaxınlığında döyüşlər gedir. Birlikdə qazanacağıq!”, - məlumatda qeyd olunub.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Bayraktar  


Bizi "telegram"da izləyin