Mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın İşçi qrupunun birinci iclası keçirilib

2022/02/3466-1645601971.jpg
Oxunub: 502     11:38     23 Fevral 2022    
Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın İşçi qrupunun birinci iclası keçirilib.

Ordu.az FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanovun sədrliyi ilə keçirilən İşçi qrupun iclası mülki müdafiə planının hazırlanması ilə əlaqədar məsələlərin müzakirəsinə həsr olunub.

İclasda işçı qrupun üzvləri aidiyyəti üzrə görüləcək işlər barədə ətraflı danışıb, təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mülki-müdafiə   FHN  


Bizi "telegram"da izləyin