ABŞ donanması CMV-22B “Osprey” konvertoplanlarını istifadə etməyə başlayacaq

2020/07/5454-1594103954.jpg
Oxunub: 717     17:15     25 Fevral 2022    
ABŞ Hərbi Dəniz Qüvvələri CMV-22B “Osprey” konvertoplanlarının əməliyyat qabilliyyəti qazandığını təsdiq edib.

Ordu.az xəbər verir ki, bu barədə HDQ-nin Dəniz Əməliyyatları Baş Direktorunun Ofisi məlumat yayıb.

Konvertoplanların tezliklə istifadə edilməyə başlanacağı bildirilir.

CMV-22B “Osprey” ABŞ Hərbi Dəniz Qüvvələrinin uzun mənzilli hava gücünü təşkil edəcək. Logistika əməliyyatlarında istifadə ediləcək konvertoplanlar helikopter kimi kimi qalxır, daha sonra adi təyyarə kimi hərəkət edir. Bu qabiliyyət onu bir çox ixtisaslaşdırılmış döyüş əməliyyatları üçün kritik edir.

Təyyarə 2721 kiloqram daxili faydalı yüklə 2129 kilometr genişləndirilmiş əməliyyat məsafəsinə malikdir. O, maksimum saatda 518 kilometr sürətlə uça bilir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin 44 ədəd CMV-22B “Osprey” almağı planlaşdırdığı bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Osprey   ABŞ  


Bizi "telegram"da izləyin