Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
“Boeing” şirkətinə helikopterlərin istehsalı üçün 104 milyon dollar ödəniləcək.
Xarici Hərbi Satış Proqramı çərçivəsində icra ediləcək müqavilənin 2025-ci ilə qədər tamamlanması planlaşdırılır.
“Boeing” bildirir ki, AH-6 yüngül hücum, dəqiq zərbə, yaxın döyüş əməliyyatları, kəşfiyyat, müşayiət, qoşunların yerləşdirilməsi/çıxarılması, axtarış və xilasetmə üçün ideal helikopterdir.
AH-6-nın missiya kompüteri böyük həcmdə məlumatları emal edir və onları bütün hava sistemləri arasında sürətlə paylaşır. Sistem, həmçinin təhlükəsizliyi artırır, qərarların qəbulunu təkmilləşdirir və kömək edir, situasiya haqqında məlumatlılığı artırır, pilotun iş yükünü azaldır.
Sevinc Əliyeva
Ordu.az