“Pastinfo”: Əskiparaya gedən marşrutun üç hissəsi Azərbaycanın nəzarəti altında olacaq

2018/08/21odundagdan-panaramik-goruntu_1534853134.jpg
Oxunub: 2433     16:05     16 Fevral 2022    
Ermənistanla Azərbaycan arasında gözlənilən demarkasiya və delimitasiya işləri nəticəsində Tavusda yeni yollar çəkiləcək.

Ordu.az xəbər verir ki, bu barədə “Pastinfo” nəşri yazıb.

Nəşri verdiyi məlumata görə, Ermənistan hakimiyyəti Tavus vilayətində Əskipara, eləcə də Ermənistan-Gürcüstan dövlətlərarası yolunun kəndin yaxınlığından keçən bir neçə hissəsində alternativ yollar çəkməyə hazırlaşır. Yeni yol bir neçə kəndi Bağanislə birləşdirəcək.

““Google” xəritəsinə görə, M16 avtomagistralı Azərbaycan sərhədini bir neçə hissədə keçir və Ermənistan hakimiyyəti “Google” xəritəsi ilə sərhəd xəttini çəkdiyi üçün, təxminən 12 kilometrlik yeni yolun tikintisi ilə bağlı ilkin qərar var.

Xəritəyə əsasən, marşrut Azərbaycanla nəzərdə tutulan yeni sərhəddən təxminən üç hissədə keçəcək. Onlardan biri də Tsağkavan-Güney yoludur, onu keçmək üçün meşələrin arasından 5-6 km uzunluğunda yeni yol çəkilməlidir.

Güney kəndindən Əskiparaya gedən yolun bir hissəsi də sərhəddə bitir, ona görə də bu seqmentdən yan keçmək üçün yeni yolun çəkilməsi planlaşdırılır. Məlum olub ki, yolun ikinci hissəsi Güney- Əskiparadır, onun uzunluğu, ilkin məlumata görə, 3 km olacaq”, - deyə “Pastnfo” yazır.

Üçüncü yol Əksipara-Bağanisdir. Əksiparadan yan keçən yeni yol olmayacaq, əvəzində bir vaxtlar təhlükəli zonalardan yan keçmək üçün kəndin ərazisindən keçən yol təmir olunacaq. Təmir olunan bu yol kəndi Bağanislə birləşdirəcək və uzunluğu 3 km-ə yaxın olacaq.

“Hazırda hökumətin dəqiq təsdiq edilmiş layihəsi və qərarı olmasa da, artıq podratçı axtarışları aparılır. Əskipara bəzi ərazi güzəştləri ilə sərhəd kəndi olaraq qalacaq. Sirr deyil ki, avqust ayından etibarən Əskipara sərhəd kəndində rus hərbçiləri zastava açıb. Məlumata görə, sülhməramlıların dayandığı yol Ermənistan-Azərbaycan sərhədi sayılacaq.

“Alternativ yolun tikintisi ilə bağlı məlumatı dəqiqləşdirmək üçün bir müddət əvvəl Əskiparanın rəhbəri Serob Maqsudiyanla əlaqə saxladıq. O qeyd edib ki, o, belə bir məlumat eşidib, lakin hazırda heç bir iş görülmür”, - deyə nəşr qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əskipara   Ermənistan  


Bizi "telegram"da izləyin