Erməni hərbi qulluqçunun atası: “Komandirlərdən biri uşaqların hamısının öldüyünü dedi”

2022/02/IMG_9-1645006618.jpg
Oxunub: 893     10:35     18 Fevral 2022    
44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçulardan biri də Pavel Sahakyan olub.

Ordu.az xəbər verir ki, Pavel oktyabrın 9-da İşxanadzor adalanan yerdə “Ural”da yanmış 17 erməni hərbi qulluqçudan biridir.

“Uşaqlarımız Veranyana görə ölüblər. O, gəlməmişdən əvvəl uşaqlara maşından düşüb sığınacağa daxil olmağı tapşırmışdılar, lakin sonra Veranyan gəlib, oturub hərəkət etməyi tapşırdı. Abovyanda işləyirdim, kənddən mənə zəng vurub dedilər ki, Hoktemberyanın meyitxanalarına gələ bilərsən? Amma əvvəlcə Pavelimə nəsə olduğunu demədilər. Sonra əmim oğlu dedi: “Pavel yoxdur. Bax, gör, bəlkə sifətini tanıyarsan?”. Amma uşaqlarımız tamamilə yanmışdı, onların cəsədlərini görmədik, şəkilləri mənə göstərdilər, dedim ki, Pavel orada deyil”, - deyə məhv edilmiş erməni hərbi qulluqçunun atası bildirib.

Daha sonra ailənin qohumlarından biri zəng edərək belə bir hadisənin baş verdiyini, lakin Pavelin maşından düşərək qaça bildiyini bildirib. Ailə üzvləri Pavellə sonuncu dəfə oktyabrın 8-də, hadisədən bir gün əvvəl danışıblar.

“Mənə sürücünün nömrəsini verdilər, dedilər ki, o adam oğlanlara çörək aparmalıdır. Ondan xahiş etdim ki, uşaqların yanına gedib zəng etsin, Pavelimin səsini eşidim. Zəng edəcəyinə söz verdi və Paveli gördüyünü dedi, amma sonra məlum oldu ki, o məni aldadıb. Axşam saat 6-da zəng etdim, o oğlan “uşaqlar postlardan düşəcək, mən zəng edəcəm, sən danışarsan” dedi, sonra zəng etmədi, zəngimə də cavab vermədi. Mehriyə getdim, onların komandirlərindən biri dedi ki, bütün uşaqlar ölüb”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Məğlubiyyət  


Bizi "telegram"da izləyin