Qarabağda sakinlər seperatçılara inanmır, ərazidən getməyə üstünlük verirlər

2020/04/l-Je7-1586101943.jpg
Oxunub: 3649     12:16     16 Fevral 2022    
“Konspirativ müharibədən sonra Qarabağda (qondarma qurum – red.) elə bir vəziyyət yaranıb ki, insanlar “rəhbərliyə” inanmırlar. “Rəhbərliyə” etibar etməyən insanlar ərazini tərk etməyə üstünlük verirlər, çünki “hakimiyyətə” inamsızlıq “dövlətə” inamsızlığa gətirib çıxarır”.

Ordu.az xəbər verir ki, bunu qondarma qurumun “ədalət partiyası həmsədri” Hakob Hakobyan deyib.

Onun sözlərinə görə, təxminən 1,5 il vaxt keçib, lakin indiki “rəhbərlik” real proseslər vasitəsilə müharibədən sonrakı Qarabağa inam və həmrəylik aşılaya bilməyib.

“Nəticədə sıravi şəxslər heç kimə inanmır, ərazidən getməyə üstünlük verir. Bölgədə heç kim heç kimə güvənmirsə, “siyasi institutlar” inkişaf edə bilməz, bölgə nə təhlükəsizlik, nə də iqtisadi baxımdan inkişaf edə bilməz, çünki etimad ideyası yoxdur. Bu vəziyyət Qarabağda o qədər açıqdır ki, nə “hakimiyyət”, nə də cəmiyyətdəki müxtəlif siyasi və qeyri-siyasi cərəyanların diqqətindən yayına bilməz. Qarabağda Qarabağı xilas etmək planlar “parad”ının başlanmasının səbəbi budur. Hər bir qüvvənin öz ideyaları və öz yol xəritəsi var. Əslində indiki “iqtidarlar” buna qarışmır, Qarabağda son proseslər dediklərimə sübutdur”, - deyə Hakobyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müharibə   Qarabağ   Güvənsizlik  


Bizi "telegram"da izləyin