Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Azat Arşakyan deyib.
Onun sözlərinə görə, Belarus Prezidenti faktiki olaraq Ermənistanın heç kimə lazım olmadığını söyləyib.
“Buna həm də belə demək olar: Ermənistan lazımsız dövlətdir, heç kimə lazım deyil. Bütün dünya həmrəy şəkildə öz sanksiyaları ilə bəyan edir ki, bu klub lazımsız dövlətlər klubudur”, - deyə Arşakyan qeyd edib.
Keçmiş erməni deputat vurğulayıb ki, Ermənistan faydasızlarla əlaqəsini kəsməli və lazımlı, faydalı siyasi birliklərlə əlaqələr qurmalıdır.
Politoloq Leon Şirinyanın fikrincə isə Ermənistanın KTMT-də heç bir işi yoxdur və yalnız AİB-də müşahidəçi statusuna malik olmalıdır. “Bu məsələ aktual olaraq qalır”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az