İndoneziya Fransadan 6 “Rafale” qırıcısı alıb – 24 ədəd F-15 gözləmədədir?

2021/01/fasfa-1611899540.jpg
Oxunub: 895     16:40     11 Fevral 2022    
İndoneziya hökuməti Fransanın “Dassault Aviation” şirkəti tərəfindən istehsal edilən 6 “Rafale” qırıcı təyyarəsi alıb.

Ordu.az Fransa KİV-lərinə istinadən xəbər verir ki, hazırda satınalma ilə bağlı əlavə təfərrüatlar məlum olmasa da, İndoneziya Müdafiə Nazirliyi sövdələşməyə təxminən 600 milyon dollarlıq büdcə ayırıb.

Cakarta, həmçinin “Boeing”dən 24 ədəd F-15 “EX Eagle II” təyyarəsi sifariş edib.

Məlumata görə, Fransa Müdafiə naziri Florens Parli İndoneziyada rəsmi səfərdədir. Səfər, İndoneziya Hərbi Hava Qüvvələri parkının tamamlanmasını və modernləşdirilməsini müzakirə etmək üçün bir fürsət olaraq dəyərləndirilir.

Fransa mətbuatına görə, söhbət 30-35 təyyarədən ibarət daha böyük sifarişdən gedir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Fransa  


Bizi "telegram"da izləyin