“Sorğu ermənilərin öz ölkələrinin yanlış istiqamətdə getdiyini hiss etdiklərini göstərir” – Amerika ermənisi

2022/01/harca-1642587808.jpg
Oxunub: 707     16:51     09 Fevral 2022    
2021-ci il noyabrın 22-dən dekabrın 5-dək Vaşinqtonun Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi ictimai rəy sorğusunda Ermənistan əhalisinin siyasi, iqtisadi və təhlükəsizlik məsələləri ilə bağlı fikirləri qiymətləndirilib.Tədqiqat ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə “The California Courier” nəşrinin naşiri və redaktoru Harut Sasunyan öz məqaləsində yazıb.

Sasunyanın sözlərinə görə, sorğunun əsas nəticəsi odur ki, əhalinin 46%-i Ermənistanın yanlış istiqamətdə getdiyini, 34%-i isə ölkənin “düzgün istiqamət”də getdiyini düşünür.

“Bu, Baş nazir Nikol Paşinyanın tez-tez “xalq mandatı”ndan həzz alması ilə öyünməsinin heç də doğru olmadığından xəbər verir. Bu, 2021-ci ilin 20 iyun parlament seçkilərində Baş nazirin partiyasının aldığı səslərin 54 faizindən sonra əhəmiyyətli dəyişiklikdir”, - deyə o qeyd edib.

“The California Courier” nəşrinin redaktoru yazıb ki, Ermənistanın yanlış istiqamətdə getdiyini düşünənlərin sayı 2021-ci il mayın 21-də 20 faiz olduğu halda 2021-ci ilin iyulunda 34 faiz təşkil edib, 2021-ci ilin dekabrında isə bu göstərici 46 faizə çatıb.

“Sorğu göstərir ki, daha çox ermənilər öz ölkələrinin yanlış istiqamətdə getdiyini hiss edirlər”, - deyə Sasunyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin