Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr bu mövzuda Ermənistan Prezidentinin Aparatına sorğu da göndərib.
Aparatdan nəşrə cavab veriblər ki, cari il yanvarın 23-dən bu günə qədər Ermənistan Prezidentinin Aparatının rəhbəri E.Tarasyan (23.01.2022-ci il), prezidentin müşavirləri R.Karapetyan (27.01.2022) və A.Qiçyan (01.02.2022), prezidentin köməkçisi T.İknoyan (31.01.2022) və deferent R.Elamiryan (31.01.2022) öz müraciətlərinə əsasən vəzifələrindən azad ediliblər.
Qeyd olunub ki, texniki (mülki) heyətdən 7 əməkdaş, baş ekspert S.Melkonyan (25.01.2022), operator V.Petrosyan (31.01.2022), operator-redaktor M.Avetisyan (31.01.2022), fotoqraf K.Sahakyan (31.01.2022), sürücülər A.Bağdasaryan (01.02.2022) və A.Mirzoyan (02.02.2022), xidmət şöbəsinin əməkdaşı A.Çuxacyan (31.01.2022) də vəzifələrindən azad ediliblər.
Alpər Mövludoğlu
Ordu.az