Ermənistanda parlament müxalifəti kimin namizədliyini müzakirə edib?

2022/02/timth-1644055553.jpg
Oxunub: 641     15:27     05 Fevral 2022    
“Başda “Hayastan” bloku olmaqla parlament müxalifətinin Ermənistan prezidenti vəzifəsi üçün kimin namizədliyini müzakirə etdiyi ilə maraqlandıq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, prezidentliyə namizəd üçün müzakirə olunan çox şəxs olub.

“Bizə dedilər ki, çox adam müzakirə olunub. Əvvəlcə namizəd olmaqdan imtina edən Robert Köçəryanın namizədliyini irəli sürüblər. Daha sonra Edqar Qazaryan öz namizədliyini irəli sürməyin vacibliyini vurğulayıb və müxalifətin istənilən namizədini dəstəkləməyə hazır olduğunu bildirib. Sonra daha iki namizəd türkşünas, elmlər doktoru Ruben Melkonyanın və parlamentin sədrinin keçmiş müavini Ara Sahakyanın namizədliyi müzakirə olunub. Sonuncunun namizədliyi müsbət hesab edilib, çünki onun Vahaqn Xaçatryana yaxşı rəqib ola biləcəyi düşünülür. Hər ikisi Levon Ter-Petrosyan dövrünün simalarıdır, hər ikisinin bioqrafiyası var və yüksək vəzifələr tutub. Sahakyan həm də ziyalı və intellektli insan obrazıdır”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Namizəd  


Bizi "telegram"da izləyin