Qarabağdakı seperatçılar yeni qruplaşma formalaşdırırlar – Harutyunyanın “yeri” dardır

2020/11/unnam-1605680688.jpg
Oxunub: 1013     15:42     04 Fevral 2022    
Yanvarın 29-da baş seperatçı Arayik Harutyunyan tərəfdarlarına bildirib ki, onun üçün “partiya”ya daxil olanlar bu gündən azaddırlar, çünki onun heç bir siyasi planı yoxdur və “konstitusiya dəyişikliyi”ndən sonra siyasətdən uzaqlaşacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, bu bəyanat “siyasi müstəvi”də birmənalı qarşılanmayıb.

“Çoxları xatırlayır ki, müharibədən sonra onun istefası tələb olunanda çətin vəziyyətdə olan Harutyunyan ictimaiyyətə açıqlama verib, gedəcəyini və bundan əvvəl də geniş əməkdaşlıq quracağına, bütün qərarları “təhlükəsizlik şurası”, yəni Vitali Balasanyan ilə razılaşdırılacağına söz verib. Lakin daha sonra vədini unutdu. İndi onun ətrafında çevrə yenidən daralıb, bir tərəfdən Paşinyan ondan azad olmaq istəyir, digər tərəfdən “konstitusiya dəyişikliyi” prosesi gedir, habelə bir neçə gün əvvəl Arayik Harutyunyanın verdiyi bəyanat zaman qazanmaq məqsədinə malikdir. Eyni zamanda, Qarabağın (qondarma uqurum - red.) keçmiş “rəhbər”ləri və “general”larının qarşıdan gələn “növbədənkənar seçkilər”də “hakimiyyət”i ələ keçirmək məqsədilə yeni siyasi qüvvə formalaşdırdıqları barədə şayiələr yayılır”, - deyə müəllif bildirib.

Nəşr vurğulayıb ki, söhbət Bako Sahakyan və Arkadi Qukasyan, eləcə də Levon Mnatsakanyan, Arşavir Qaramyan və başqalarından gedir: “Mənbəmizin məlumatına görə, onlar öz simaları ilə çıxış etməyəcəklər. Artıq siyasi məsləhətləşmələr başlayıb”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Harutyunyan   Qruplaşma  


Bizi "telegram"da izləyin