Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni politoloq Edqar Elbakyan yazıb.
Onun sözlərinə görə, bu gün ən inkişaf etmiş ölkələr ən çox müharibələrin baş verdiyi yerlərdədir, yəni Avropa və Şimali Amerikadadır.
“İnkişaf münaqişədən yaranır. Bu çağırış parlamentin gənc deputatları da münaqişədən, 2020-2021-ci ilin qış küçə “döyüş”lərindən doğuldular”, - deyə Elbakyan qeyd edib.
O bildirib ki, quru elmi nöqteyi-nəzərdən müharibə əleyhinə təbliğat ölüm və intihar təbliğatıdır: “Başqa bir məsələ isə ondan ibarətdir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr bütün dünyada müvafiq sosial mühəndislik vasitəsilə günahı, cəhaləti, rahatlığı təbliğ edir, müharibəni qeyri-cəlbedici edir. 1945 və 1991-ci ildən sonra bu oyun qaydalarını qəbul edən ölkələr ağır şəkildə məğlubiyyətə uğradılar. Ermənistan da həmin ölkələr sırasındadır. Qəbul etməyənlər qalib gəlib. Azərbaycan da həmin ölkələr sırasındadır”.
Alpər Mövludoğlu
Ordu.az