Ordu.az xəbər verir ki, müharibə başlayanda Gevorq yoldaşları ilə birlikdə Şalıbulağa aparılıb.
“Dekabrın 11-də onlara hücum ediblər, bütün gün döyüşüblər, ertəsi gün türk “spetsnaz”ı, “Yaşma” qrupu gəlib. Bizimkilərin “afitser”i də deyir ki, “bizə geri çəkilmə əmri gəlib, endirmişəm”. Məgər düşünmədimi ki, o 9 nəfərin hamısı öz adamıdır, niyə oğlanları endirmədi? Faktiki olaraq o ərazini artıq vermişdilər, daha nə üçün uşaqları ora aparırdılar?”, - deyə məhv edilmiş erməni hərbi qulluqçunun yaxını qeyd edib.
O bildirib ki, Gevorq Arşakyanın məhv edildiyini gec bilib: “Ölümündən gec xəbər tutdum. Anam o günlərdə xəstəxanada idi, sonra onun dəfnindən evə gələndə öyrəndik. Ertəsi gün Gevorqu gətirdilər, dəfn etdik”.
Alpər Mövludoğlu
Ordu.az