Ordu.az xəbər verir ki, bunu “The California Courier” nəşrinin naşiri və redaktoru Harut Sasunyan deyib.
Onun sözlərinə görə, bundan əmin olmaq üçün Paşinyanın çıxışlarını, mətbuat konfranslarını, Ermənistan parlamentindəki ziddiyyətli açıqlamalarını, “Facebook”dakı paylaşımlarını, yanlış qərarlarını, keyfiyyətsiz təyinatlarını izləmək kifayətdir.
“Vəziyyət getdikcə mürəkkəbləşir, çünki o, səhvlərindən dərs çıxarmır. Paşinyan səhvlərini nə dərk edir, nə də etiraf edir. O sanki düzəlməzdir”, - deyə Sasunyan qeyd edib.
“The California Courier” nəşrinin redaktoru vurğulayıb ki, Paşinyan Qarabağı tərk etdikdən sonra indi də “Hay dat”dan (tərcümədə “Erməni mühakiməsi” deməkdir - red.) əl çəkir.
Alpər Mövludoğlu
Ordu.az