Erməni hüquq müdafiəçisi: “Bu konstitusiya demokratik idarəetmənin konstitusiyası deyil”

2022/02/timth-1643792175.jpg
Oxunub: 387     10:19     08 Fevral 2022    
“Mən ərizə təqdim etmişəm, konstitusiya dəyişiklikləri prosesində iştirak etmək üçün şuranın işində iştirak etməyə gedirəm”.

Ordu.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Artur Sakunts deyib.

Onun sözlərinə görə, Ermənistanda hazırda işlək olan konstitusiya birmənalı şəkildə dəyişdirilməlidir.

“Çünki bu konstitusiya hakimiyyət bölgüsü və qarşılıqlı təmkin prinsipini təmin etmir. Biz bu barədə 2015-ci ildən başlayaraq müxtəlif vaxtlarda dəfələrlə danışmışıq. Və zaman göstərdi ki, bizim yanaşmalarımız əsaslı olub, bu konstitusiya demokratik idarəetmənin konstitusiyası deyil. Hakimiyyətin ayrılması və məhdudlaşdırılması prinsipini artıq qeyd etdim, insan haqları, xüsusən də sosial-iqtisadi blok buna təminat vermir. Bu konstitusiya icra hakimiyyətinin və onun tabeliyində olan strukturların, yəni istintaq orqanlarının, Milli Təhlükəsizlik Xidmətinin, Dövlət Gəlirlər Komitəsinin fəaliyyətinə qarşı səmərəli parlament nəzarətinə zəmanət vermir. Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmir. Yəni bu konstitusiya siyasi çoxluq altında birpartiyalı hakimiyyət konsepsiyasına əsaslanır”, - deyə Sakunts qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Konstitusiya  


Bizi "telegram"da izləyin