ABŞ ordusu F-15EX qırıcılarından ilk dəfə atəş sınağı həyata keçirib

2022/02/ONCL3-1643710941.jpg
Oxunub: 947     15:24     01 Fevral 2022    
ABŞ Hərbi Hava Qüvvələrinin dördüncü nəsil qırıcısının ən son versiyası olan F-15EX “Eagle II”lərdən ilk dəfə atəş sınağı keçirib.

Ordu.az xəbər verir ki, bu barədə HHQ-nin mətbuat xidməti məlumat yayıb.

Qırıcı Meksika körfəzi üzərində BQM-167 hədəf PUA-sını AIM-120D raketi ilə uğurla vurub.

“Combat Archer” kimi tanınan “hava-hava” silah sisteminin qiymətləndirilməsi proqramında iştirak edən F-15EX PUA-nı öz sensorları ilə tapıb, onu izləyib və raketi ona tuşlayıb.

Hərbi Hava Qüvvələri bildirib ki, uğurlu raket buraxılışı altı aylıq inteqrasiya olunmuş inkişaf və əməliyyat uçuş sınaqlarından sonra həyata keçirilib.

İlk iki F-15EX keçən ilin mart və aprel aylarında Floridadakı Eglin avibazasına yerləşdirilib və o vaxtdan bəri bir sıra sınaq və qiymətləndirmələrdə iştirak edib. Keçən ilin may ayında qırıcılar Alyaskaya göndərilib və burada GPS, radar və digər sistemləri sınaqdan keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   F-15EX  


Bizi "telegram"da izləyin