Ermənistan İK: Noyabrın 16-da Azərbaycan komanda müşahidə məntəqəsini nəzarətə götürüb

2021/09/0864f-1631358812.jpg
Oxunub: 6212     14:20     01 Fevral 2022    
Noyabrın 16-da baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları komanda müşahidə məntəqəsi olan “N” saylı döyüş mövqeyini nəzarətə götürüblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, mövqedə olan ümumi 21 erməni hərbi qulluqçudan 13-ü Azərbaycan Ordusu tərəfindən əsir götürülüb.

Bildirilib ki, 2 erməni hərbi qulluqçu Taron Civan oğlu Sahakyan və Arsen Senik Qasparyanın cəsədləri müvafiq olaraq 2021-ci il noyabrın 17-də və 19-da erməni tərəfinə təhvil verilib.

Ermənistan İK iddia edib ki, əsir götürülmüş erməni hərbi qulluqçulardan 8-i sonradan erməni tərəfinə qaytarılıb, daha 3 erməni əsir hələ də Azərbaycanda saxlanılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin