“MTX-nin direktoru da kiminlə görüşdüyünü bilmir?” – Erməni polkovnik detalları açır

2022/02/image-1643709814.jpg
Oxunub: 796     17:24     01 Fevral 2022    
“Təəssüflər olsun, siz Nikol və onun dəstəsinin xalqımızı hansı fəlakətli vəziyyətə gətirdiyini anlamağa başlayırsınız, lakin ən gülməlisi odur ki, hər şeyə rəğmən, onun üçün işləyən KİV-lər özü onların ya həyasız yalançılar, ya da əqli baxımdan geridəqalmış degeneratlar olduğunu təsdiq edir”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Rusiya həbsxanalarından birində olan qondarma qurumun keçmiş “nümayəndə”si, erməni polkovnik Boris Vaqyan yazıb.

Avaqyan bir sıra suallar ünvanlayıb:

“ABŞ və Böyük Britaniya tərəfindən maliyyələşdirilən, Şuşanik Nersisyan və onların qruplaşması barədə açıq məktubuma reaksiya verən KİV-lərə bir sıra suallarım var. Onların iddia etdiyi kimi, mən 2016-cı ildən axtarışda idimsə, onların “ən dürüst Paşinyan”ının hakimiyyətə gəlməsiylə necə Ermənistanda dövlət vəzifəsi, yəni Artik şəhərinin başçısının müavini vəzifəsini tuturdum? Ermənistanın bütün hüquq-mühafizə orqanları mənim axtarışda olduğumu bildiyi halda bənzər yüksək vəzifələrə təyin olunmağıma imkan vermədilərmi? Nə üçün Paşinyanın ən yaxın adamlarından biri, onun müşaviri Nairi Sarkisyan Boris Avakyanı hökumət evində qəbul edir, məsləhətləşmələr aparır, sonra xahiş edir ki, Avaqyan MTX direktoru Karamyanla görüşsün və sonuncuya bir sıra sualları aydınlaşdırsın? Karamyan şəxsən Avaqyanı MTX-yə dəvət edir və onunla görüş keçirir. Belə çıxır ki, hətta ən çox məlumatlı olmalı olan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru da kiminlə görüşdüyünü bilmir?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin