“Bu, artıq demokratiya deyil, diktaturadır” – Amerika ermənisi

2022/01/harca-1642587808.jpg
Oxunub: 699     15:44     31 Yanvar 2022    
“Əvvəla onu deyim ki, mən bu məsələni bir neçə ildir çox diqqətlə izləyirəm. Baş nazir uzun illər parlamentin deputatı olanda davamlı olaraq bildirirdi ki, bu konstitusiya Serj Sarkisyanın “əyni”nə tikilib, dəyişmək lazmdır”.

Ordu.az xəbər verir ki, bunu “California Courier” nəşrinin naşiri və baş redaktoru Harut Sasunyan deyib.

Onun sözlərinə görə, lakin Paşinyan Baş nazir olanda deyib ki, konstitusiyanı davamlı olaraq dəyişdirilə bilməz.

“Yəni, özü-özünə qarşı çıxdı. Mən onunla 2019-cu ildə görüşdüm və diasporun erməni parlamentini formalaşdırmağı təklif etdim. 2020-ci ilin martında o, Konstitusiya İslahatları Komissiyasının yaradılması təşəbbüsü ilə çıxış etdi, lakin həmin komissiya naməlum səbəblərdən iki il ərzində iclas keçirmədi və bu yaxınlarda Baş nazir yeni Konstitusiya İslahatları Şurası formalaşdırdı. Və iki il sonra sahib olduğumuz yeganə nəticə budur: komissiyadan şuraya keçid”, - deyə Sasunyan qeyd edib.

“California Courier” nəşrinin baş redaktoru vurğulayıb ki, bütün hakimiyyət bir adamın əlində cəmləşirsə, bu, artıq demokratiya hesab edilə bilməz, bu, diktaturadır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Demokratiya   Diktatura  


Bizi "telegram"da izləyin