Aİ Rusiyanın yeni sanksiyalarını şərh edib

2020/10/AI-ba-1602943665.jpg
Oxunub: 690     10:59     29 Yanvar 2022    
Avropa İttifaqı (Aİ) Rusiyanın yeni sanksiyalarından təəssüflənir.

Ordu.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano deyib.

"Avropa İttifaqı Rusiya hakimiyyətinin Aİ-yə üzv dövlətlərin və instituların bəzi nümayəndələrinin Rusiyaya girişinə qadağa qoyulması qərarından təəssüflənir", - deyə P.Stano bildirib.

Onun sözlərinə görə, Moskvanın bu addımının heç bir hüquqi əsası yoxdur və Aİ-nin "adekvat reaksiyasına səbəb olacaq".

Xatırladaq ki, ötən gün Moskva Aİ-yə üzv dövlətlərin və intitutların Rusiya Federasiyası ərazisinə girişi qadağan olunmuş nümayəndələrinin siyahısını genişləndirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya  


Bizi "telegram"da izləyin