Tunisdə terror aktının qarşısı alınıb

2022/01/Atala-1643393167.jpg
Oxunub: 639     21:59     28 Yanvar 2022    
Tunisdə terror aktının qarşısı alınıb.

Ordu.az xəbər verir ki, bu barədə "Mosaique FM" radiostansiyası məlumat yayıb.

Terror aktı ölkənin turizm bölgələrindən birində kamikadze tərəfindən planlaşdırılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində təhlükəsizlik qüvvələri 22 yaşlı Tunis vətəndaşını paytaxt hava limanında saxlamağa nail olub.

İddialara görə, qız əvvəllər Suriyada olub, orada terrorçu qruplara qoşulub və düşərgədə təlim keçib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tunis  


Bizi "telegram"da izləyin