Yəməndə mina partlaması nəticəsində 3 nəfər ölüb

2022/01/11674-1643385470.jpg
Oxunub: 685     19:56     28 Yanvar 2022    
Yəmənin mərkəzindəki Marib əyalətində husilərin basdırdıqları minanın partlaması nəticəsində 3 nəfər həlak olub.

Ordu.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ölənlər bir mülki şəxs və iki istehkamçıdır.

Hökumət qüvvələri və husi üsyançıları məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Marib əyalətinə nəzarət bir neçə gün əvvəl hökumət qüvvələrinə keçmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən  


Bizi "telegram"da izləyin