Putin Makronla təhlükəsizlik təminatlarını müzakirə edib

2021/04/5ef3b-1619461856.jpg
Oxunub: 653     17:23     28 Yanvar 2022    
Rusiya və Fransa prezidentləri arasında telefon danışığı baş tutub.

Ordu.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Vladimir Putin və Emmanuel Makron Rusiyanın təhlükəsizlik təminatları ilə bağlı təkliflərini müzakirə ediblər.

Məlumatda Putin NATO və ABŞ-ın cavabında Rusiyanın təhlükəsizliklə bağlı əsas qayğılarının nəzərə alınmadığını Markonun diqqətinə çatdırıb.

Dövlət başçıları Avropanın təhlükəsizliyi ilə bağlı bütün kompleks məsələlərin müzakirəsinin davam etdiriləcəyi razılaşdırılıb.

Ukrayna böhranı və atom energetikası barədə də fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Makron  


Bizi "telegram"da izləyin