Ordu.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Rusiyadakı Səfirliyi açıqlama yayıb.
Səfirlik təklif olmadığı üçün kəşfiyyatçının nəşinin qaytarılıb-qaytarılmayacağı ilə bağlı şərh verə bilməyəcəklərini açıqlayıb.
Xatırladaq ki, əslən Bakıdan olan Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge 1933-cü ildən Sovet kəşfiyyatının agenti kimi Yaponiyada çalışıb və 1941-ci ildə ifşa olunaraq həbs edilib. O, 1944-cü ildə edam olunub və Tama qəbiristanlığında dəfn edilib.
Rusiya XİN başçısı Sergey Lavrov Zorgenin nəşinin qaytarılması üçün Yaponiyaya müraciət olunacağını açıqlamışdı.
Ordu.az