Ordu.az xəbər verir ki, müdafiə naziri Sergey Şoyqunun ziyarət etdiyi zavodda “Orinon-E” PUA-ları istehsal olunur.
Zavod Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığındakı Dubnada açılıb.
İlk uçuşunu 2016-cı ildə edən “Orion” sınaq və sertifikatlaşdırmadan sonra 2019-cu ildən etibarən Suriyada istifadə olunmağa başlayıb. Sistem rəsmi olaraq 2020-ci ildə Rusiya Ordusunun inventarına daxil olub.
Ruisya Müdafiə Nazirliyi 24 avqust 2021-ci ildə istehsalçı “Kronştadt” ilə müqavilə bağlayıb və 5 sistemdən ibarət “Orion” sifariş verib. Çatdırılmaların 2023-cü ildə başlanması gözlənilir.
Ümumilikdə 200 kiloqram yük daşıya bilən PUA havada 200 km sürətlə uça bilir. Onun uçuş məsafəsi 250 kilometrdir. Ümumi qalxma çəkisi 1000 kiloqram olan “Orinon-E” 24 saat uçuş müddətinə malikdir.
Sevinc Əliyeva
Ordu.az