Fərarilik etmiş erməni hərbi qulluqçu həbs edilib

2021/08/46775-1629721989.jpg
Oxunub: 729     15:24     28 Yanvar 2022    
Yanvarın 12-də Ermənistan polisinin Bazum bölməsinin cinayət təhqiqatçıları İrəvanın Gevorq Çavuş küçəsində 21 yaşlı Böyük Qarakilsə sakinini aşkar edərək saxlayıblar.

Ordu.az xəbər verir ki, saxlanılan şəxs 2021-ci il noyabrın 19-dan hərbi hissəni və ya xidmət yerini özbaşına şəkildə tərk etməkdə təqsirli bilinərək Bazum polis bölməsi tərəfindən axtarışa verilib.

Ona qarşı həbs qətimkan tədbiri seçilib.

21 yaşlı erməni gənc ibtidai istintaq orqanına təqdim edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin