Ermənistan bu sahədə də dünyada birincidir| BQ rəisi orduya təqsirləndirilən şəxs qismində rəhbərlik edir

2019/04/75675-1554982021.jpg
Oxunub: 700     14:42     28 Yanvar 2022    
“Ermənistan bəlkə də dünyada birinci və yeganə dövlətdir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi xüsusilə ağır cinayətdə ittiham olunur və artıq iki aydır Silahlı Qüvvələrə təqsirləndirilən şəxs qismində rəhbərlik edir”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Qazinyan yazıb.

Qazinyan bildirib ki, Ermənistan konstitusiyasının 14.1-ci maddəsinə əsasən, ölkənin Silahlı Qüvvələri müdafiəni, təhlükəsizliyi, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin edir.

“Və bu biabırçı vəziyyətdə biz sabah Ermənistan ordusunun yaranmasının 30 illiyini qeyd edəcəyik. Necə deyərlər: məhv etmək, sona qədər məhv etmək”, - deyə erməni deputat qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin