Siyasi texnoloq: “Sarkisyanın istefası Qərbin Ermənistan hakimiyyətinə mesaj idi”

2021/10/1d177-1634378502.jpg
Oxunub: 638     11:29     29 Yanvar 2022    
“Ermənistan prezidenti vəzifəyə başlamazdan əvvəl səlahiyyətlərinə yaxşı bələd olduğu halda müvafiq səlahiyyətə malik olmadığını bildirib”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi texnoloq Armen Badalyan deyib.

Onun sözlərinə görə, Armen Sarkisyanın səlahiyyətlərinin az olduğunu və bu səlahiyyətlərin onları qane etmədiyini söyləməsi, yumşaq dildə deyilsə, reallığa uyğun gəlmir, çünki Sarkisyan hətta həmin məhdud səlahiyyətlərin bəzi müddəalarından da imtina edib.
“İndi Sarkisyan Londondan bəyan edib ki, o, Ermənistanın xarici siyasət qərarlarına təsir edə bilməz. Bu, sadəcə olaraq, Ermənistan hakimiyyətinin gətirdiyi proqramın həyata keçirilmədiyinin açıq ifadəsi idi. Qərb Ermənistan hakimiyyətinin iş üslubundan narazı olduğunu göstərir, ancaq, bu, onların (Ermənistan hakimiyyətinin - red.) rusiyapərəst olması demək deyil. Qərbin təsiri güclüdür, lakin hakimiyyət görməli olduğu tapşırığı yerinə yetirmir, bu istefa sadəcə Ermənistan hakimiyyətinə mesaj idi”, - deyə Badalyan qeyd edib.

Erməni siyasi texnoloq vurğulayıb ki, bir il sonra Paşinyanın taleyi “çiyin çantaları”ndan asılı olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qərb  


Bizi "telegram"da izləyin