“1in.am”: Buna cəhd Ermənistan üçün perspektivdən qat-qat artıq risklə doludur

2022/01/Untit-1643365055.jpg
Oxunub: 727     17:59     28 Yanvar 2022    
Lüksemburqa işgüzar səfərə gedən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Twitter” səhifəsində Ermənistan-Avropa İttifaqı sərhədinin açıq olmasının əhəmiyyətindən bəhs edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Qeyd olunub ki, Ararat Mirzoyan Şengen müqaviləsinə həsr olunmuş abidəni ziyarət edərək orada şəxsi simvolik kilidini asıb və bununla bağlı sosial şəbəkədə paylaşım edib.

“Əminəm ki, Ermənistan və Avropa İttifaqı arasında açıq sərhədlər bizim tərəfdaşlığımızı daha da inkişaf etdirəcək, insanlar arasında təmasları stimullaşdıracaq”, - deyə Ermənistan xarici işlər naziri qeyd edib.

Məqalə müəllifi sual ünvanlayıb ki, Ararat Mirzoyanın Lüksemburqa səfəri zamanı gündəmdə olan mühüm məsələlərdən biri sərhədlərin açılması, başqa cür desək, Ermənistan-Avropa İttifaqı viza rejiminin ləğvi məsələsidir?

“2017-ci ildə Ermənistan-Avropa İttifaqı sazişi imzalanandan sonra Ermənistan və Avropa İttifaqı bununla bağlı dialoqa başlamağa çalışıb. Bununla belə, məsələ Ermənistan-Aİ müzakirələrində heç də ön planda görünmür. Hər halda bununla bağlı vəziyyətin necə olduğu, “İrəvan və Brüssel dialoqu” bəlli deyil. Proses, əlbəttə ki, meyarların kifayət qədər ciddi miqyasına görə olduqca geniş və mürəkkəbdir. Bu gün Avropa ilə Rusiya sərhədində baş verənlər, təəssüf ki, Ermənistan-Aİ vizasız rejimlə bağlı müzakirələr prizmasından çox bədbin əhval-ruhiyyə yaradır. Bunun əsas səbəbi təbii ki, Ermənistanın Rusiyanın təhlükəsizlik, hərbi-siyasi sistemində olmasıdır ki, hazırda obyektiv olaraq onu ləğv etmək qeyri-mümkün hesab olunur. Hər halda, buna cəhd Ermənistan üçün effektiv həll perspektivindən qat-qat artıq risklə doludur”, - deyə müəllif vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Avropa-İttifaqı  


Bizi "telegram"da izləyin