Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Qeyd olunub ki, Mirzabekyan Ermənistan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Departamentinin cavabdehi olub, Aprel döyüşlərindən sonra Serj Sarkisyan tərəfindən vəzifəsindən azad edilib.
“Yəni, Ermənistan MTX raketlər işi üzrə keçmişdə azad edilmiş nazir müavinini də xatırlayıb. Əlavə edək ki, 2016-cı il aprelin 26-da Serj Sarkisyanın əmriylə Silahlı Qüvvələrin Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi Arşak Karapetyan vəzifəsindən azad edilib. “İnqilab”dan sonra Karapetyan Baş nazir Nikol Paşinyanın müşaviri, 44 günlük müharibədən sonra isə müdafiə naziri təyin edilib, lakin vəzifədə olmasının 100 günü tamam olmamış azad edilib, bundan sonra Moskvaya gedib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az