Lavrov Zelenskini Rusiyaya səfərə dəvət edib

2021/12/15980-1640600206.jpg
Oxunub: 742     13:55     28 Yanvar 2022    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiyaya səfərə dəvət edib.

Ordu.az xəbər verir ki, Rusiya xarici işlər naziri bu barədə yerli radiostansiyalara müsahibəsində bildirib.

“Əgər Vladimir Zelenski Rusiya ilə münasibətləri normallaşdırmaq məsələsini müzakirə etmək istəyirsə, biz hazırıq, o, Moskvaya və Soçiyə gələ bilər”, - Lavrov qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin