Azad olunmuş ərazilərdə PUA-larla mina sahələrinin tədqiqatına başlanılıb

2021/12/4e9fe-1639382365.jpg
Oxunub: 634     13:30     28 Yanvar 2022    
İşğaldan azad olunmuş ərazilərdə havadan mina sahələrinin tədqiqatı sisteminin tətbiqinə başlanılıb.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov bildirib.

R. Məmmədov deyib ki, bu ərazilərin digər yerlərdən daha çox çirkləndiyini nəzərə alaraq, keçən ildən süni intellekt əsasında çalışan pilotsuz uçuş aparatlarından istifadəyə, yəni uzaq məsafədən, havadan mina sahələrinin tədqiqatı sisteminin tətbiqinə başlanıb: “Ümumiyyətlə, Azərbaycan dünyada bu tətbiqdən istifadə edən ilk ölkələrdən biridir. Bu sistemlə minaların yerini dəqiq müəyyən etmək olur".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   NATO  


Bizi "telegram"da izləyin