Ordu.az xəbər verir ki, bunu Ukraynanın Ermənistandakı keçmiş səfiri Aleksandr Bojko Nikol Paşinyanın Ukrayna ilə bağlı açıqlamasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyanın simasında Ermənistanın Ukrayna ilə bağlı hansı mövqedə olduğunu başa düşməyib.
“Paşinyan deyir ki, o, həm xarici tərəfdaşların, həm də Qərb tərəfdaşlarının narahatlığını bölüşür, lakin bu narahatlıqlar tamam başqadır. Çünki Rusiya Ukraynaya qarşı aqressiv mövqedədir, qoşun yeritməyə, Ukrayna ərazisinin böyük hissəsini işğal etməyə hazırlaşır, Qərb dövlətləri isə Rusiyanın bənzər siyasətinə qarşıdır”, - deyə Bojko qeyd edib.
Keçmiş səfir bildirib ki, Putinin yürütdüyü siyasət mövcud beynəlxalq sistemi dağıtmağa yönəlib.
“Paşinyan nəzərə almalıdır ki, Rusiyanın Ukraynaya qarşı bənzər siyasəti Ermənistan üçün də təhlükəlidir”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az