Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni politoloq Stepan Danielyan yazıb.
Onun sözlərinə görə, məğlubiyyət qalib gələn koalisiyanın tələblərini razılaşma ilə gücləndirməlidir.
“Bu, müharibə və sülhün qanunudur. Qalib gələn tərəflərin tələbləri nədir? Azərbaycana Naxçıvan və Türkiyə ilə əlaqə, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması lazımdır”, - deyə Danielyan qeyd edib.
Erməni politoloq vurğulayıb ki, (qondarma – red.) “soyqırımı”ndan imtina etmək, gerbi dəyişmək məsələsində qərar verən Ermənistandır və sanki proses gedir.
Alpər Mövludoğlu
Ordu.az