Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xarici işlər nazirləri ikitərəfli məsələlərlə yanaşı, mühüm regional məsələləri, o cümlədən Əfqanıstan və Yəməndəki vəziyyəti müzakirə ediblər.
Hüseyn Əmir Abdullahianın sözlərinə görə, son həftələr Yəməndə hərbi fəallıq artıb.
"Bu hallar ölkədə müharibəni daha da gərginləşdirib və sülh prosesinə zərər vurub", - iranlı nazir əlavə edib.
Qətərin xarici işlər naziri öz növbəsində qeyd edib ki, regionda gərginliyin yeni mərhələsi başlayıb: “Biz əminik ki, Yəmən böhranının hərbi həlli yoxdur və dialoq yolu ilə həll edilməlidir, çünki hazırkı vəziyyət heç bir tərəfin maraqlarına cavab vermir".
Ordu.az