Bayden Ukraynada barışıq üçün Normandiya formatı səylərini dəstəkləyib

2022/01/_1203-1643305348.jpg
Oxunub: 510     12:54     28 Yanvar 2022    
ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Normandiya formatı qrupu üzvlərinin Ukraynanın şərqindəki münaqişənin həlli istiqamətində səylərini dəstəkləyib.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

“Prezident Bayden ABŞ-ın münaqişənin (Ukraynada) Normandiya formatında həlli səylərinə dəstəyini bildirərək, yanvarın 26-da təmislçilər tərəfindən 2020-ci il iyulun 26-da atəşkəs şərtlərinin yenidən təsdiqlənməsinin gərginliyin azaldılmasına və Minsk razılaşmalarının yerinə yetirilməsinin irəliləyişə kömək edəcəyinə ümidini ifadə edib”, - bəyanatda deyilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenlə telefonla diplomatik gərginliyin azaldılması səyləri və birgə tədbirlər, habelə Ukraynaya maliyyə dəstəyi imkanlarını müzakirə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Bayden  


Bizi "telegram"da izləyin