KTMT baş katibi Tacikistan və Qırğızıstanı atəşi dərhal dayandırmağa çağırıb

2019/05/f880b-1558532520.jpg
Oxunub: 697     20:26     27 Yanvar 2022    
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Tacikistan və Qırğızıstanı ölkələr arasındakı sərhəddə dərhal atəşi dayandırmağa çağırıb.

Bu barədə Ordu.az TASS-a istinadən xəbər verir.

"KTMT münaqişənin sülh yolu ilə həlli üçün Tacikistan və Qırğızıstana yardım göstərməyə hazırdır", - baş katib deyib.

Stanislav Zas Tacikistanın və Qırğızıstan Təhlükəsizlik Şuralarının katibləri Nasrullo Mahmudzoda və Marat İmankulov ilə telefon danışığı keçirərək, ölkələr arasında sərhəddə dərhal atəşkəs əldə etməyə səsləyib.

"Sərhəddə yenidən toqquşmaların baş verməsi, yaralıların olması ciddi narahatlıq doğurur. Tacikistan-Qırğızıstan sərhədində silahlı qarşıdurma dərhal dayandırılmalıdır. Münaqişə müstəsna olaraq danışıqlar masası arxasında sülh yolu ilə həll edilməlidir. Çünki Bununla belə, KTMT Qırğızıstan və Tacikistana münaqişənin həllində lazımi yardım göstərməyə hazırdır”, - Zas vurğulayıb.

Xatırladaq ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidmətinin məlumatına görə, iki dövlət arasında insident Batken-İsfana avtomobil yolunun hissələrinin birində, Tort-Koço ərazisində başlayıb. Qırğızıstan tərəfinin əmin etdiyi kimi, vəziyyət Qırğızıstan sərhədçilərinə qarşı Tacikistan tərəfinin silahdan istifadə etməsi səbəbindən daha da pisləşib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tacikistan   Qırğızıstan   KTMT  


Bizi "telegram"da izləyin