Ağ Ev: Bayden fevralın 7-də Şoltsla görüşəcək

2022/01/61eaf-1642788396.jpg
Oxunub: 679     19:44     27 Yanvar 2022    
ABŞ Prezidenti Cozef Bayden fevralın 7-də Ağ Evdə Almaniya kansleri Olaf Şoltsu qəbul edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"Liderlər Rusiyanın Ukraynaya qarşı gələcək təcavüzünün qarşısını almaq üçün birgə səyləri müzakirə edəcəklər”, - Ağ Evin mətbuata açıqlamasında deyilir.

Psaki Almaniya kanslerinin Vaşinqtona səfərinin iki ölkə arasında əlaqələrin möhkəmliyini təsdiqləyəcəyini bildirib.

Tərəflər, həmçinin koronavirus pandemiyasına qarşı mübarizə, iqlim dəyişikliyi problemləri və demokratik dəyərlərə əsaslanan beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   ABŞ   Bayden  


Bizi "telegram"da izləyin